Bakıda inşa olunan cənub avtovağzalı fevralda istifadəyə veriləcək
Cənub, cənub-şərq və cənub-qərb bölgəsində yaşayan vətəndaşların paytaxta rahat gediş-gəlişini təmin etmək məqsədilə Lökbatan ərazisində inşa edilən Bakı Cənub Avtostansiyası fevral ayında istifadəyə veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, artıq tikinti işlərinin bir qismi başa çatdırılıb. Fevral ayında isə Bakı Cənub Avtostansiyası tam hazır vəziyyətdə vətəndaşların istifadəsinə veriləcək.
N.Allahyarova qeyd edib ki, yeni avtostansiya fəaliyyətə başladıqdan sonra Lökbatan dairəsindəki nəqliyyat xaosu aradan qalxacaq. Onun sözlərinə görə, avtostansiyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, hazırda ticarət mərkəzlərindən alış-veriş edib cənub, cənub-şərq istiqamətinə gedən sərnişinlər əvvəlcə 20 Yanvar dairəsinə, oradan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə (BBAK), daha sonra isə rayona getməlidir. Avtostansiya istifadəyə verildikdən sonra isə artıq alış-veriş edib rayona getmək istəyən vətəndaşlar, birbaşa Bakı Cənub Avtostansiyasından rayona gedə biləcəklər.
“Avtostansiya qeyri-qanuni daşımaların da qarşısını alacaq. Çox zaman sərnişinlər Lökbatandan Avtovağzala getmək əvəzinə qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrindən istifadə edir. Avtostansiya istifadəyə verildikdən sonra qanunsuz fəaliyyət göstərən nəqliyyat vasitələrinin ərazidə sərnişindaşımalarına qadağa qoyulacaq. Bu da həm avtomobillərin sıxlığını aradan qaldıracaq, insanların rahat gediş-gəlişini təmin edəcək, qanunsuz daşımaların qarşısını alacaq, həm də BBAK-ın üzərinə düşən yükü azaldacaq”, - deyə N.Allahyarova vurğulayıb.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb