Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin dekabr ayı ərzində 677,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-dən məlumat verilib. Qeyd edilib ki, ötən ilin noyabr ayında keçirilən valyuta hərraclarında ARDNF 654,1mln. dollar satıb. Beləliklə, noyabr ayı ilə müqayisədə dekabrda Fond tərəfindən satılan valyutanın həcmi 23 mln. dollar və ya 3,52% artıb.
Ümumilikdə, 2018-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF valyuta hərraclarında 6 460,4 mln. dollar satıb ki, bu da 2017 ilin müvafiq dövrü ilə müqayisədə 2 862,3 mln. dollar və ya 79,55% çoxdur.