Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin YeniAvropa-ya bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən Balaxanı qəsəbəsindəki “Təmiz Şəhər” ASC-nin ərazisindən pnevmatik tapança, bir patron darağı, alışqansız “F-1” qumbarası və 55 patron tapılaraq götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Mirzəyev və Balahəşimxanlı kənd sakini R.Əliyev iki ədəd “İJ” markalı ov tüfəngini könüllü olaraq rayon polis şöbəsinə təhvil veriblər.
Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri olan beş nəfərdən “TOZ”, “İJ” və “MR” markalı beş ov tüfəngi götürülüb.