logo

15 kq-dan çox narkotik vasitə  dövriyyədən çıxarılıb

11:35 08-01-2019 | icon 2688
15 kq-dan çox narkotik vasitə  dövriyyədən çıxarılıb

Yanvarın 7-də respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təkcə 3 fakt üzrə çəkisi 15 kiloqramdan çox olan müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Məlumatda qeyd edilib ki, daxil olmuş məlumat əsasında Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Abşeron rayon sakini Samir Qəmbərovdan çəkisi 13,5 kiloqrama yaxın marixuana götürülüb.

Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuş Həbib Məmmədzadənin üzərindən və evindən 1,3 kiloqramdan çox heroin aşkar edilib.

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Müqtədir qəsəbə sakini Sergey Yudinin evindən 1,5 qram heroin, 10,7 qram tiryək və 450 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.