logo

Türkiyədə qəzaya uğrayan gəminin kapitanı Turbat İsmayılovun axtarışları davam edir

18:59 07-01-2019 | icon 4480
Türkiyədə qəzaya uğrayan gəminin kapitanı Turbat İsmayılovun axtarışları davam edir

Türkiyədə qəzaya uğrayan gəminin kapitanı Turbat İsmayılovun axtarışları davam edir.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Dəniz Agentliyindən  verilən məlumatda bildirilir. Qeyd edilib ki,  yanvarın 7-də 16:50–də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən “Volgabalt 214” gəmisinin qəzaya uğraması barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub. Məlumatda, həmçinin bildirilib ki, ekipaj üzvlərindən 2 nəfər Azərbaycan vətəndaşıdır.

Azərbaycan vətəndaşlarının taleyi ilə maraqlanmaq məqsədilə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən dərhal müvafiq tədbirlər görülüb. Türkiyənin Samsun şəhərinin Dəniz Axtarış Xilasetmə Mərkəzi ilə mövcud sistem vasitəsilə əlaqə yaradılaraq məlum olub ki, gəmidə olan 13 nəfərdən 9-u sahilə çıxarılıb.

Məlumatda qeyd olunub ki, gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir.