Rusiyanın Jeleznovodsk şəhərinə gələn xarici turistlər arasında Azərbaycanlılar birincidir.
YeniAvropa Rusiya KİV-lərinə istinadla xəbər verir ki, ötən il bu kurort şəhərinə istirahət etməyə gələnlərin sayı 120 mindən çox olub.
Məlumata görə, 2018-ci ildə Jeleznovodska 200-dən çox İsrail vətəndaşı, 16 ABŞ sakini, 12 avstraliyalı, Yunanıstan və İtaliyanın hərəsinin 8 sakini və hətta 1 nəfər braziliyalı turist gəlib. Jeleznovodskun qonaqları arasında yaxın xaric ölkələrindən gələnlər daha çoxdur. Bu mənada Azərbaycan mütləq rekordçudur: yenicə başa çatmış il ərzində “Odlar Diyarı”ndan Rusiyanın bu şəhərinə 1500 turist gəlib.