logo

"Avtolüks Azərbaycan"da kadr dəyişikliyi olub

15:03 07-01-2019 | icon 2681
"Avtolüks Azərbaycan"da kadr dəyişikliyi olub

İtaliya, ABŞ və Birləşmiş Krallığın məşhur avtomobil brendlərinin Azərbaycanda eksklüziv təmsilçisi "Avtolüks Azərbaycan" şirkətində Marketinq və Reklam meneceri dəyişib. 

YeniAvropa xəbər verir  ki, indiyədək şirkətdə Marketinq və Reklam meneceri vəzifəsində çalışan Asiya Cəfərova bu gündən vəzifəsini tərk edib. Bundan sonra "Avtolüks Azərbaycan"da Marketinq və Reklam sahəsinə İlkin Qurbanov rəhbərlik edəcək.

Xatırladaq ki, İlkin Qurbanovun uzun müddətdir ki, avtomobil sektorunda çalışır.  O,  daha öncə  "Nurgün Motors" şirkətində marketinq meneceri vəzifəsində çalışıb.