logo

2019-cu ilin ilk Günəş tutulması baş verib

14:39 06-01-2019 | icon 2695
2019-cu ilin ilk Günəş tutulması baş verib

Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması baş verib. .

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından YeniAvropa-ya bildirilib ki, bu təbiət hadisəsi (qismən tutulma) Bakı vaxtı ilə saat  07:49-da başa çatıb.

Günəş tutulması Şimal-Şərqi Asiya, Sakit okeanın şimal hissəsi - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdən aydın görünüb.

Qeyd edək ki, bu il daha iki dəfə Günəş tutulması hadisəsi baş verəcək.

İkinci Günəş tutulması isə iyulun 2-3-də baş verəcək. Bu dəfə Günəş tam tutulacaq və iyulun 2-də saat 20:55-07:01-dək, iyulun 3-də isə 00:44-dən 01.02-dək davam edəcək. Təbiət hadisəsi Sakit okeanın cənub hissəsində və Cənubi Amerikada izlənə biləcək.

Üçüncü Günəş tutulması isə həlqəvarı olacaq. Dekabrın 26-da saat 06:30-dan 12:06-dək baş verəcək Günəş tutulması Asiya-Avstraliya, Səudiyyə Ərəbistanı, Hindistan və digər ərazilərdən görünəcək.