Neft Fondu cari ildə vəsaitlərinin idarə olunmasından 1,5 milyon manat gəlir əldə edəcək
2019-cu ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 848,5 milyon dollar və ya 1 442 495,1 manat olması proqnozlaşdırılır. Bu, manat ifadəsi ilə 2017-ci ilin müvafiq icra göstəricisindən 358,8 milyon manat və ya 33,1 faiz çox, 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 225,6 milyon manat və ya 18,5 faiz çoxdur.
YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy"də deyilir.
Eyni zamanda, 2019-cu il üçün orta illik gəlirlilik göstəricisi 2,14 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən (1,96 faiz) 0,18 faiz çoxdur.