Yanvarın 5-də həyata keçirilməli olan Bağdad-Bakı-Bağdad aviareysi ləğv olunub.
YeniAvropa Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Al Naser Wings Airlines” aviaşirkətinin yerli vaxtla saat 18:00-da “NG 231” saylı Bağdaddan Bakıya olan uçuşu ləğv olunub.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən aviaşirkətin yerli vaxtla saat 19:00-da Bakıdan Bağdada olan “NG 232” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Boeing 737-400” təyyarəsi ilə həyata keçirilməli idi.
Bağdad-Bakı-Bağdad aviareysinin hansı səbəbdən təxirə salındığı barədə məlumat verilməyib.