Yanvarın 5-də həyata keçirilməli olan Soçi-Bakı-Soçi aviareysi ləğv edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda məlumat yer alıb. Məlumatda “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 21:20-də yerinə yetirməli olduğu “U6 2663” saylı reysinin ləğv olunduğu bildirilir.
Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Ural Airlines” aviaşirkətinin yerli vaxtla saat 22:20-də Bakıdan Soçiyə olan “U6 2664” saylı uçuşu da ləğv olunub. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Soçi-Bakı-Soçi aviareysinin hansı səbəbdən təxirə salındığı haqda məlumat verilmir.