logo

Azərbaycan Beynəlxalq Bankının Gürcüstandakı törəmə qurumu ləğv edilib

21:28 04-01-2019 | icon 2954
Azərbaycan Beynəlxalq Bankının Gürcüstandakı törəmə qurumu ləğv edilib

Gürcüstan Milli Bankı (GMB) “Azərbaycan Beynəlxalq Bankı” törəmə qurumunun ləğvinin başa çatdığını açıqlayıb və onun qeyri-bank fəaliyyəti ilə məşğul olan cəmiyyətə çevrilməsinə razılıq verib.

YeniAvropa Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, GMB-nin vitse-prezidenti Arçil Mestvirişvilinin sərəncamına əsasən, GMB-da açılmış bankın ləğvolunma hesabları bağlanmalı və reyestrdən çıxarılmalıdır.

Sərəncam müvafiq tədbirlər görülməsi üçün yanvarın 8-də sahibkarlıq və qeyri-sahibkarlıq subyekti olan hüquqi şəxslərin reyestrinə daxil ediləcək.

Qeyd edək ki, bank ləğvolunma prosesinə müstəqil şəkildə başlayıb və portfelin 100 000 lariyədək (təqribən 65 000 dollar) azalmasından sonra GMB-ya müraciət edib. Hesablarda, həmçinin müştərilərin tələb etmədiyi vəsaitlər qalıb.

GMB tərəfindən ləğvedici təyin olunanadək onlar satılan portfelin icraçısını özləri seçib və bu müddətədək səhmdarların əsas öhdəliklərini bağlayıblar.