logo

SOCAR Parisdə  keçiriləcək beynəlxalq tədbirdə təmsil olunacaq

18:59 04-01-2019 | icon 2891
SOCAR Parisdə  keçiriləcək beynəlxalq tədbirdə təmsil olunacaq

Yanvarın 11-də Fransa Respublikasının paytaxtı Parisdə “Metan emissiyalarının azaldılması üzrə rəhbər prinsiplər” mövzusunda tədbir keçiriləcək.

SOCAR-dan YeniAvropa-ya  verilən məlumata görə, tədbir "BP", "Eni", "Equinor", "ExxonMobil", "Shell", "Total" və "Wintershall" şirkətlərinin təşəbbüsü ilə təşkil olunur.

Tədbirdə SOCAR-ı şirkətin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə təmsil edəcək.

Qeyd edək ki, qlobal istiləşmə və iqlim dəyişmələri bu gün bütün bəşəriyyəti narahat edən problemlərdəndir. Bu kimi məsələlərin həllində SOCAR beynəlxalq əməkdaşlığa xüsusi önəm verir.