logo

Neft Fondu bu il neft və qazın tranzitindən 11,2 milyon dollar gəlir əldə edəcək

15:19 04-01-2019 | icon 3087
Neft Fondu bu il neft və qazın tranzitindən 11,2 milyon dollar gəlir əldə edəcək

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2019-cu il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 11,2 mlilyon ABŞ dolları və ya 19,04 milyon manat həcmində proqnozlaşdırılır.

YeniAvropa xəbər verir  ki, bu barədə Hesablama Palatasının hazırladığı “ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy”də deyilir.

Qeyd edilib ki, bu da manat ifadəsilə 2017-ci ilin müvafiq icra göstəricisindən 1,13 milyon manat və ya 6,3% çox, 2018-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən 1,67 milyon manat və ya 9,6% çoxdur. 2019-cu ildə tranzit haqqı üzrə gəlirlərin artması novbəti il üzrə boru tarifinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.