DİM dövlət orqanlarında vakant vəzifələr üçün müsahibə elan edib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 4-də altı dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
DİM-dən YeniAvropa-ya bildiriblər ki, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə olmaqla 13-ü dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 30-u isə B növünə (inzibati icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyində şöbə müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Müdafiə Sənayesi Nazirliyində şöbə müdirinin müavini, inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində şöbə müdiri, Müdafiə Sənayesi Nazirliyində sektor müdiri, Təhsil Nazirliyi Astara rayon Təhsil şöbəsində müdir müavini vəzifələridir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 11 vəzifə, Müdafiə Sənayesi Nazirliyində 15 vəzifə, Təhsil Nazirliyində 7 vəzifə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 4 vəzifə, İqtisadiyyat Nazirliyində 5 vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 vəzifə olmaqla 43 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə DİM tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə yanvarın 4-dən fevralın 4-dək saat 18.00-ə qədər (30 gün müddətində) DİM-in internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb