O bildirib ki, bu il ərzində Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakən rayonlarında "ASAN xidmət" mərkəzləri istifadəyə veriləcək. Bununla da "ASAN xidmət" mərkəzlərinin sayı 20-ə çatmış olacaq.
Şöbə müdiri həmçinin qeyd edib ki, "ASAN xidmət" mərkəzləri olmayan bölgələrdə səyyar “ASAN xidmət"i də fəaliyyət göstərir.
Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb.