2019-cu ildə "Azəri-Çıraq-Günəşli" yatağında xam neft hasilatının həcmi 197,1 milyon barrel və 26,56 milyon ton proqnozlaşdırılır.
YeniAvropa xəbər verir ki, bu barədə Hesablama Palatasının hazırladığı "ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy"ində qeyd olunur.
Xatırladaq ki, bu , hasilatın aşağı düşməsi səbəbindən 2018-ci ilin göstəricisinə nisbətən (204,4 milyon barrel) 7,3 milyon barrel azdır.