Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi - Hava Limanı istiqamətində sürət həddi endirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.Qeyd edilib ki, bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.