logo

Bakı Avtovağzalında bayram günlərində 70 mindən çox sərnişinə xidmət göstərilib

19:53 03-01-2019 | icon 3094
Bakı Avtovağzalında bayram günlərində 70 mindən çox sərnişinə xidmət göstərilib

Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayramqabağı və bayram günlərində – dekabrın 28-dən yanvarın 2-dək daxil olmaqla, 70 mindən çox sərnişinin şəhərlərarası və beynəlxalq səfəri təmin edilib.

BBAK-dan YeniAvropa-ya  bildirilib ki, respublikanın bütün bölgələrinə sərnişin axınının çox olmasına baxmayaraq daha çox Gəncə, Quba, Qusar, Xaçmaz, Astara, Şəki bölgələrinə, beynəlxalq reyslərdə isə Gürcüstana olan reyslər üstünlük təşkil edib. Gün ərzində təxminən 80-ə yaxın əlavə avtobus cəlb olunub.

Onu da qeyd edək ki, ən çox sərnişin sıxlığı dekabrın 29-da müşahidə olunub. Həmin gün ərzində 17 minə yaxın sərnişin yola salınıb. 31 dekabrda isə digər günlərə nisbətən sərnişin sıxlığı az olub.

Qiymətlərin daşıyıcı şirkətlər tərəfindən süni şəkildə artırılmasının qarşısını almaq, eləcə də kassaların fəaliyyətinə və bilet satışına nəzarət etmək üçün yaradılan xüsusi qiymət komissiyası heç bir süni qiymət artımı aşkarlamayıb. Bayram günlərində BBAK-ın məlumat mərkəzinə, eləcə də “facebook” səhifəsinə gələn suallar mütəmadi cavablandırılıb və gedişlə bağlı heç bir şikayət daxil olmayıb.

Xatırladaq ki, sual, irad və təkliflərini qurumun “facebook” səhifəsinə yazaraq və ya (012) 406-01-58/59 nömrəli məlumat mərkəzinə zəng edərək bildirmək mümkündür.