“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidməti ilə dövri nəşrlər şöbəsi ləğv edilərək yerində İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzi yaradılıb.
YeniAvropa xəbər verir ki, ləğv edilən ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yahya Babanlıya müvafiq iş təklif edilsə də, o öz ərizəsi ilə “Azərenerji” ASC-dən ayrılıb.
“Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat mərkəzinin rəisi isə Teymur Abdullayev təyin olunub.
Xatırladaq ki, Teymur Abdullayev uzun müddət müxtəlif qəzet və televiziyalarda, o cümlədən Müdafiə Nazirliyinin mətbuat xidmətində işləyib. Yeni vəzifəyə təyin edilməzdən əvvəl isə “Azərişıq” ASC-nin “ASAN Xidməıtlə” iş şöbəsinin rəis müavini vəzifəsində çalışırdı.