logo

2019-cu ildə Azərbaycana neft-qaz sazişlərindən 765,17 milyon manat bonus daxil olacaq

16:31 03-01-2019 | icon 3283
2019-cu ildə Azərbaycana neft-qaz sazişlərindən 765,17 milyon manat bonus daxil olacaq

2019-cu ildə neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonusların 450,1 milyon ABŞ dolları və ya 765,17 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, manat ifadəsi ilə 2017-ci ilin müvafiq icra göstəricisindən 762,77 milyon manat, 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricilərinə bərabərdir.

YeniAvropa xəbər verir  ki, bu barədə Hesablama Palatasının hazırladığı "ARDNF-in 2019-cu il büdcə layihəsi ilə bağlı Rəy"də deyilir.

Belə ki, 2017-ci il 14 sentyabr tarixli "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazış"in ("AÇG HPBS") 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Bonus məbləğinin 2-ci hissəsi – 450 milyon ABŞ dolları və ya 765 000 min manatı 2019-cu il yanvarın 31-də ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2019-cu il üzrə "Şahdəniz" yatağında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən "Şahdəniz" fazası üzrə 0,1 milyon ABŞ dolları və ya 170,0 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.