Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya bildiriblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin əsəcəyi, arabir sürətlənəcəyi, axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 4-ü və 5-də qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir sürətlənəcəyi proqnozlaşdırılır.