“Azeri Light” neftinin qiyməti bahalaşıb.
YeniAvropa xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,63 dollar bahalaşaraq 57,19 dollar olub.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,58 dollar ucuzlaşaraq 54,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,89 dollar azalaraq 45,65 dollar təşkil edib.