Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan YeniAvropa-ya bildiriblər ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 25 min 201 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 215 milyon 516 min 850 manatdan çoxdur.