Dəmir yolunda bir neçə beynəlxalq istiqamətə reyslər açıla bilər.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilkin olaraq Türkiyəyə dəmir yolu reysinin açılması nəzərdə tutulur. Gələcəkdə Batumiyə qədər dəmir yolu fəaliyyət göstərə bilər.
QSC sədri qeyd edib ki, Rusiya ilə də danışıqlar aparılaraq Dağıstana dəmir yolunun çəkilişi mümkündür. Dağıstan istiqamətinə dəmir yolu xətti çəkilsə bu, Dərbənd və ya Mahaçqala istiqamətinə olacaq.