logo

Ağsu dolaylarında, xüsusilə gecələr avtomobillərin hərəkəti üçün təhlükə qalmaqdadır

16:10 29-12-2018 | icon 2653
Ağsu dolaylarında, xüsusilə gecələr avtomobillərin hərəkəti üçün təhlükə qalmaqdadır

Dünən səhərdən başlayan və dekabrın 29-da gecə saatlarında yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun 135-150-ci kilometrində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

YeniAvropa xəbər verir  ki, qar və qatı duman Ağsu dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçiləri günorta saatlarınadək dolayların qardan təmizlənməsini başa çatdırıb. Sahə rəisi Eldar İsrafilovun sölərinə görə dolaylarda qarın qalınlığı 5 santimetr təşkil edib. Səhər tezdən qreyder və duzsəpən maşınlarla yolların qardan təmizlənməsinə başlanılıb, avtomobillərin normal hərəkəti bərpa olunub.

Eldar İsrafilov sürücülərə zərurət olmadan, xüsusilə gecə saatlarında Ağsu dolayları ilə hərəkət etməməyi məsləhət görüb.