Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, dekabrın 28-dən 29-na keçən gecə ölkə ərazisində yağıntılı və nisbətən soyuq hava şəraiti müşahidə olunub.
Departamentdən YeniAvropa-ya bildirilib ki, nəticədə dağlıq və dağətəyi rayonlarda qar örtüyü əmələ gəlib.
Nazirlik, həmçinin qar örtüyü mənzərəsini seyr etmək istəyənlər üçün mümkün olan ərazilərin adlarını açıqlayıb. Dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9, Şahdağ və Xınalıqda 12, Şəki, Sarıbaşda 28-30 santimetr qar örtüyü əmələ gəlib. Həmin rayonlarda hava təmiz və şaxtalıdır.