Gələn ilin ortalarında Bakıətrafı dəmir yolunda bir neçə stansiya istifadəyə veriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıətrafı dəmir yolunun ikinci hissəsinin istifadəyə verilməsi üzrə işlər davam etdirilir. 2019-cu ilin ortalarında "Koroğlu" metro stansiyasının yaxınlığından keçməklə Bakıxanov, Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Fatmayı, Novxanı, Sumqayıt stansiyalarını birləşdirən dəmir yolunun açılışı olacaq.