Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
YeniAvropa xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,04 dollar artaraq 52,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,72 dollar bahalaşaraq 45,33 dollar olub.