Respublikamızın qərb bölgəsində yerləşən, ucqar dağ rayonları olan Daşkəsən, Gədəbəy və Göygölə qar yağıb.
YeniAvropa xəbər verir ki, Gəncə Regional Hidrometeorologiya İdarəsindən verilən məlumatda bildirilib ki, qarın qalınlığı Daşkəsən rayonunda 12-15 sm, Gədəbəydə 15-20 sm, Gəncənin Hacıkənd qəsəbəsində isə 5-10 sm təşkil edib.
Daşkəsən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilən məlumata görə, bir neçə saat yağan qar rayon mərkəzi ilə kəndlər arasındakı yollarda ciddi problem yaratmayıb. Əhaliyə təbii qazın, elektrik enerjisinin və suyun verilişində fasilə yaranmayıb.
Aidiyyəti qurumlar Yasamal dolayını, Daşkəsən-Gəncə avtomobil yolunu qardan və buzdan təmizləmək, eləcə də hərəkətin intensivliyini təmin etmək üçün səhər saatlarından başlayaraq yollara duz-qum qarışığı səpiblər.