Dekabrın 28-də Ağsu dolaylarında gecədən yağan yağış səhər saatlarında qarla əvəz olunub.
YeniAvropa xəbər verir ki, yağan qar, həm də qatı duman dolaylarda avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Təcrübəli sürücülər daha çox dumandan ehtiyat edirlər. On altı ildir ki, Ağsu-Bakı marşrutu üzrə sürücü işləyən Elşad Əzimov deyib: “Bu illər ərzində dolaylarda belə qatı və günlərlə davam edən duman görməmişəm. 14 kilometrlik yolu qət edənədək göz yorulur. Bu, sürücülər üçün də təhlükəlidir”.
Elşad Əzimov belə günlərdə sürücülərə xüsusilə ehtiyatlı olmağı, avtomobilin sazlığına diqqət yetirməyi tövsiyə edib.