logo

Bakı-Gəncə sürət qatarında qiymətlər 15-100 AZN təşkil edəcək

13:10 28-12-2018 | icon 3528
Bakı-Gəncə sürət qatarında qiymətlər 15-100 AZN təşkil edəcək

Dekabrın 30-dan etibarən “Azərbaycan Dəmir Yolları” QSC  Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verir.YeniAvropa xəbər verir  ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Qeyd edilib ki, Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır. Hərəkət qrafikini və gediş haqqı tariflərini vətəndaşların diqqətinə çatdırırıq.

702/701 nömrəli Bakı-Gəncə-Bakı sürətli  sərnişin qatarında gediş haqqı CƏDVƏLİ
 
 
İstiqamət
 
Məsafə
km
Siniflər üzrə Tariflər
(ƏDV daxil olmaqla)
(AZN)
Standart
Biznes
Birinci klass
Bakı-Gəncə
364
15.0
50.0
100.0
Bakı-Goran
319
14.0
47.0
93.0
Bakı-Yevlax
294
13.0
43.0
87.0
 
 
 
 
 
Biləcəri -Gəncə
350
14.0
47.0
93.0
Biləcəri -Goran
305
14.0
47.0
93.0
Biləcəri -Yevlax
280
13.0
43.0
87.0
 
 
 
 
 
Yevlax -Gəncə
70
4.0
15.0
30.0
Yevlax -Goran
25
3.0
11.0
23.0
Yevlax -Biləcəri
280
13.0
43.0
87.0
Yevlax - Bakı
294
13.0
43.0
87.0
 
 
 
 
 
Goran -Gəncə
45
4.0
12.0
25.0
Goran -Yevlax
25
3.0
11.0
23.0
Goran -Biləcəri
280
13.0
43.0
87.0
Goran- Bakı
319
14.0
47.0
93.0
 
 
 
 
 
Gəncə - Goran
45
4.0
12.0
25.0
Gəncə - Yevlax
70
4.0
15.0
30.0
Gəncə - Biləcəri
350
14.0
47.0
93.0
Gəncə - Bakı
364
15.0
50.0
100.0
 
 
 
 
 

 “Azərbaycan Dəmir Yolları” QSC-nin fəaliyyəti ilə bağlı ətraflı məlumatlarla daim yenilənən “www.ady.az” saytı vasitəsilə tanış olmaq mümkündür.