logo

Əməkhaqqından tutulmaların hesablanması ilə bağlı kalkulyator hazırlanıb

12:50 28-12-2018 | icon 3094
Əməkhaqqından tutulmaların hesablanması ilə bağlı kalkulyator hazırlanıb

Vergilər Nazirliyi 2019-cu il üzrə əməkhaqqından tutulmaların hesablanması ilə bağlı kalkulyator hazırlayıb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, kalkulyator vasitəsilə həm dövlət və neft-qaz sektorunda çalışan, həm də neft-qaz sektorunda fəaliyyəti olan özəl təşkilatlarda işləyən şəxslərin əməkhaqqısı üzrə hesablamalar aparmaq olar.

Bundan əlavə, hesablanmış əməkhaqqından (GROSS) xalis əməkhaqqına (NETT) və ya xalis əməkhaqqından (NETT) hesablanmış əməkhaqqına (GROSS) hesablamalara baxmaq mümkündür.

Yeni kalkulyatorla tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

http://www.taxes.gov.az/modul.php?name=pages&page=salaryCalcProject