logo

İlisuda qarın qalınlığı 20 sm-ə çatır

12:02 28-12-2018 | icon 2814
İlisuda qarın qalınlığı 20 sm-ə çatır

Dekabrın 27-si gecə saatlarından başlayaraq Azərbaycanın şimal-qərb bölgəsinin dağlıq və dağətəyi ərazilərinə qar yağıb. Havanın temperaturu aşağı düşüb.

YeniAvropa xəbər verir  ki, qarın yağması bölgənin dağlıq ərazilərində yerləşən kəndlərə gediş-gəlişdə, elektrik enerjisi və təbii qazın verilməsində bəzi problem yaradıb.

Qax rayonunun dağlıq ərazilərinə daha çox qar düşüb. Hazırda İlisu və Sarıbaş kəndlərində qarın qalınlığı 15-20 sm təşkil edir. Rayonun kəndlərinə nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən lazımi tədbirlər görülüb.

Hazırda bölgənin dağlıq ərazilərinə qar yağmaqda davam edir.