logo

“Qırmızı kitab”a düşən maralı ovlayan şəxs saxlanılıb

12:30 28-12-2018 | icon 2562
“Qırmızı kitab”a düşən maralı ovlayan şəxs saxlanılıb

Qəbələ rayonunda adı Azərbaycan Respublikasının “Qırmızı kitabı”na düşən maralı ovlayan şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, dekabrın 17-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Vəndam meşəbəyliyində atəş səsi eşidilib. Əraziyə baxış zamanı kəsilmiş maral başının, iki ayağın və dərinin aşkarlanması barədə Qəbələ Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Faktla bağlı dərhal müvafiq tədbirlər görülüb. Hadisəni törədən şəxs polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib. Qanunsuz ov etməkdə şübhəli bilinən Vəndam qəsəbə sakini Tehran Aydınlı saxlanılıb. Ondan müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.