ƏƏSMN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun olaraq, 2018-ci ildə görülmüş işlər haqqında məlumat verib. O, islahatlar prosesində ictimai iştirakçılığın, vətəndaş cəmiyyətlərinin geniş iştirakının təmin edilməsi üçün müvafiq işlər aparıldığını deyib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya verilən məlumata görə, nazirlik yanında İctimai Şuranın fəaliyyəti barədə danışan S.Babayev 14 vətəndaş cəmiyyəti institutunun təmsil olunduğu şura üzvlərinə əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi və tibbi-sosial reabilitasiya sahələri üzrə xidmətlərdə şəffaflığın və sosial ədalət prinsipinin təmin edilməsinin əsas hədəflərdən olduğunu bildirib. Nazir deyib ki, həmin sahələrdə güclü ictimai nəzarətin qurulmasında, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılmasında, müvafiq qanunvericilik aktlarının təkmilləşdirilməsində İctimai Şuranın gördüyü işlər, onların monitorinqləri, rəy və təklifləri xüsusi əhəmiyyət kəsb edir. O, İctimai Şura ilə qarşılıqlı fəaliyyətin daha səmərəli və sistemli təşkili üçün aparılan işləri diqqətə çatdırıb.
İctimai Şuranın sədri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev nazirliyin fəaliyyət sahələrində ictimai nəzarətin təşkili, monitorinqlərin aparılması, qanunvericilik layihələri ilə Şura üzvlərinin yaxından tanış olması, ictimai dinləmələrin keçirilməsi və s. kimi sahələrdə nazirlik tərəfindən yaradılan şəraitdən razı qaldıqlarını bildirib. O, Şuranın rəy və təkliflərinə daim diqqətlə yanaşıldığını və onların nəzərə alındığını qeyd edib.
Şura üzvləri əmək, məşğulluq, sosial müdafiə, əlilliyin qiymətləndirilməsi, tibbi-sosial reabilitasiya sahələrində geniş miqyasda islahatların aparılması və həssas qruplarla bağlı sosial müdafiə və fəal məşğulluq proqramlarının genişləndirilməsi ilə əlaqədar müsbət fikirlər söyləyiblər.
Görüşdə İctimai Şuranın başa çatmaqda olan il ərzində gördüyü işlər, keçirdiyi monitorinqlər, iclaslar və ictimai dinləmələr barədə məlumat verilib. Şuranın gələn il üçün fəaliyyət planının layihəsi müzakirə olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb