Bakı şəhərinin Nəsimi rayonunda “Port Baku” yaşayış kompleksinin dördüncü mərtəbəsində mənzildə qısaqapanma nəticəsində tüstülənmə baş verib.
Fövqəladə Hallar Nazirliyinin YeniAvropa-ya bildiriblər ki, əraziyə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğın bölmələri tərəfindən tüstülənmənin qarşısı alınıb. Hadisə zamanı iki nəfər tüstüdən zəhərlənib.