Yaxın günlərdə Bakı-Gəncə marşrutu üzrə sürət qatarı işə salınacaq.
YeniAvropa xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Bildirilib ki, “Stadler” şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcəklər. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.
Xatırladaq ki, Bakı ilə Gəncə arasında məsafə avtomobil yolu ilə 372 kilometr təşkil edir.