"Qaçqınkom"da Xankəndinin işğal günü ilə bağlı tədbir keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xankəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Tədbirdə Dövlət Komitəsinin sədri, sədr müavinləri, şöbə və departament rəhbərləri, Qarabağ müharibəsi veteranları, əslən Xankəndidən olan ziyalılar iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açaraq, ermənilərin bu ərazilərə, təxminən, iki yüz il əvvəl köçürüldüklərini, öz havadarlarından dəstək alaraq yerli azərbaycanlı əhaliyə davakar münasibət göstərdiklərini, daim milli zəmində qarşıdurma yaratdıqlarını, vaxtaşırı ərazi iddiası qaldırdıqlarını xatırladıb. Qeyd olunub ki, ötən əsrin 60-70-ci illərində erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdləri ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində puça çıxarılıb, bu niyyətdə olanlar dərhal o dövrün qanunları çərçivəsində cəzalandırılıblar.
Dağlıq Qarabağda erməni separatizmi yalnız xalqımızın dahi oğlu siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra baş qaldırıb. Bölgənin mərkəzi şəhəri olan Xankəndi əhalisinə qarşı etnik təmizləmə, əslində, 1989-cu ildən başlanıb. Burada yaşayıb-işləyən azərbaycanlılar təqib edilib, zorla ev-eşiyindən qovulublar. 1991-ci il dekabrın 26-dan 28-dək isə etnik təmizləmə və işğal xüsusi amansızlıqla həyata keçirilib, həmin vaxtdan Xankəndi tamamilə separatçıların və Ermənistandan gəlmiş silahlıların əlinə keçib.
Komitə sədri bildirib ki, Dağlıq Qarabağdakı tarixi torpaqlarından didərgin düşən bütün soydaşlarımız kimi Xankəndidən olan məcburi köçkünlər də ağır günlər keçiriblər. Hazırda onlar respublikamızın 38 şəhər və rayonunda məskunlaşaraq, Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunublar.
Anım tədbirində Azərbaycan Respublikası Milli Məclisinə 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova çıxış edib. Qeyd edib ki, etnik təmizləmə və işğal zamanı Xankəndidən 100 nəfər şəhid olub, əhali doğma yurd-yuvalarını tərk edib. Ötən əsrin 90-cı illəri ilə müqayisədə əhalinin daha yaxşı yaşadığını deyən Milli Məclisin deputatı bildirib ki, indi onların tək istəyi Xankəndinin azad olunmasıdır. Qeyd olunub ki, Aprel döyüşləri zamanı Ordumuzun qazandığı qələbə xalqda bu inamı daha da gücləndirib. Biz Xankəndidə yenidən Azərbaycan bayrağının dalğalanacağına inanırıq.
Anım tədbiri çıxışlarla davam edib.
Sonda Xankəndiyə həsr edilmiş film nümayiş olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb