logo

On bir ayda ictimai iaşə dövriyyəsi 3,2 faiz artıb

00:28 17-12-2017 | icon 2583
On bir ayda ictimai iaşə dövriyyəsi 3,2 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 3,2 faiz artaraq 1 milyard 204,3 milyon manata çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,7 faizi hüquqi şəxs statuslu müəssisələrin, 57,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq 508,7 milyon manat olub.