logo

İlin sonunadək Azərbaycan-Belarus əmtəə dövriyyəsinin həcmi 0,5 milyard dollara çatacaq

13:59 27-12-2018 | icon 2751
İlin sonunadək Azərbaycan-Belarus əmtəə dövriyyəsinin həcmi 0,5 milyard dollara çatacaq

Biz qarşılıqlı səylərimiz sayəsində Belarus ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi sahəsində sanballı uğurlara nail olmuşuq. Cari ilin 10 ayı ərzində Belarus ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi artaraq 400 milyon ABŞ dollarına çatıb. İlin sonuna qədər bu göstəricinin 450-500 milyon dollara çatacağı gözlənilir.

YeniAvropa xəbər verir  ki,  bu fikri Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç dekabrın 27-də Belarusun Bakıdakı səfirliyində 2018-ci ildə Belarus-Azərbaycan münasibətlərinin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.

Belarus-Azərbaycan münasibətlərinin yüksək potensialını qeyd edən diplomat vurğulayıb ki, bu münasibətlər daha da inkişaf edəcək.

“Bizim iqtisadiyyatlarımız bir-birini qarşılıqlı tamamlayır. Belarusdan Azərbaycana əsasən məhsullar qida məhsulları və əczaçılıq malları idxal olunur, Azərbaycan isə, öz növbəsində, Belarusa neft-kimya məhsulları, tərəvəz və qeyri-neft sahəsinə aid bir sıra başqa mallar ixrac edir”,-deyə diplomat vurğulayıb.