logo

Bayram günlərinə olan ilkin hava proqnozu 

14:12 27-12-2018 | icon 2632
Bayram günlərinə olan ilkin hava proqnozu 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində gözlənilən hava şəraiti ilə əlaqədar ilkin proqnozu açıqlayıb.

Nazirlikdən YeniAvropa-ya verilən məlumata görə, dekabrın 31-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.

Departamentdən verilən məlumata görə, hər gün dəqiqləşdirilmiş məlumat ictimaiyyətə təqdim ediləcək.