logo

Gömrükçülər heroin və metamfetamin aşkarlayıb

21:08 26-12-2018 | icon 2723
Gömrükçülər heroin və metamfetamin aşkarlayıb

Gömrükçülər heroin və metamfetamin aşkarlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən YeniAvropa-ya bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn iki Azərbaycan vətəndaşı saxlanılıb və yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı onların üzərində qanunla qadağan edilmiş predmet aşkarlanmasa da, daxili orqanlarının rentgen müayinəsi zamanı düz bağırsaqlarında 1 ədəd bükümdə, ümumi çəkisi 90,481 qram olan narkotik vasitə-heroin, 3 ədəd bükümdə isə ümumi çəkisi 96,487 qram təşkil edən metamfetamin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.