Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilmiş beşinci məzun-karyera sərgisinə qatılıb.
YeniAvropa xəbər verir ki, universitetin məzun və yuxarı kurs tələbələri üçün təşkil edilmiş sərgiyə 70-ə yaxın şirkət və müəssisə tərəfindən 400-dən artıq vakant iş yeri çıxarılıb. Tədbirdə iştirak edən məzun və tələbələrə“Bakcell”in satış və marketinq departamentlərində mövcud olan vakansiya və təcrübə imkanları barədə məlumat verilib. Şirkət nümayəndələri işaxtaranlar və potensial namizədlərlə müsahibələr keçirib.
Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən "Bakcell" şirkəti, Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Təkcə cari il ərzində şirkət bir çox iri karyera sərgisində iştirakla yanaşı özünün ənənəvi yay təcrübə proqramını elan edib və gənclərin karyera və təhsilinə dəstək məqsədini daşıyan digər layihələri uğurla həyata keçirib.
"Bakcell" şirkəti gənclərin təhsil almasına və karyera qurmasına dəstək göstərmək və beləliklə Azərbaycan gənclərinin parlaq gələcəyinə öz töhfəsini verməyə yönəlmiş uğurlu fəaliyyətini davam edəcək.