Dekabrın 25-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ixracatçı sahibkarlara “2019 İxraca dəstək” layihəsi təqdim edilib.
YeniAvropa xəbər verir ki, əsas məqsəd yerli istehsal ilə məşğul olan sahibkarlarla görüş keçirərək gömrük ixrac əməliyyatlarının sənədləşdirilməsi zamanı yaranan çətinliklərin müəyyən olunması, yerli məhsulların xarici bazara çıxarılması, ixracın stimullaşdırılması və sadələşdirilməsi istiqamətində fikir mübadiləsi aparmaqdır.
“2019 İxraca dəstək” layihəsinin təqdimatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsinin dəstəyi və “My Broker” gömrük təmsilçiliyinin birgə təşkilatçılığı ilə reallaşıb.