logo

Neftin qiymətinin kəskin bahalaşma gözlənilmir

16:30 24-12-2018 | icon 2961
Neftin qiymətinin kəskin bahalaşma gözlənilmir

Neftin qiymətində kəskin bahalaşma gözləmirik.

YeniAvropa xəbər verir  ki,  bu sözləri “Bloomberg HT”yə Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib. O bildirib ki, neftin qiymətində kəskin bahalaşma gözləmirik, lakin enerji bazarı böyük volatillik göstərəcək.

“Əvvəllər neftin qiymətini OPEC təyin edirdi. Artıq bu dəyişib və yeni, ikinci aktor var. Bu da ABŞ-dakı şist neftidir. Bu neft 8 il əvvəl çıxarılmağa başlanılıb. Səkkiz ildə ABŞ-da şist neftinin səviyyəsi İraqın hasilatının iki mislinə bərabər olub. Artıq yalnız Vyanada qəbul olunan qərarlara deyil, ABŞ-da şist nefti istehsalının necə artacağına baxmaq lazımdır. 2019-cu ildə və sonrakı dövrdə iki böyük aktor, eləcə də geosiyasi qeyri-müəyyənliklə əlaqədar böyük volatillik baş verəcək. 2019-cu ildə ciddi qeyri-sabitlik görməyə davam edəcəyik”, -deyə Fatih Birol qeyd edib.