Yanvarın 12-də “Avropa Tolerantlıq Festivalı və Avropa Film Festivalı tolerantlıq və ya mədəni müxtəliflik barədə mənim təəssüratlarımı necə dəyişdi” mövzusunda elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.YeniAvropa xəbər verir ki, Marionet Teatrında reallaşan mərasimində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək festivalın əhəmiyyətindən danışıb.Vurğulanıb ki, jurnalistlər və tamaşaçılar üçün nəzərdə tutulan müsabiqəyə 15 festival izləyicisi və 7 jurnalist yazısı təqdim edib. Hər iki istiqamətdə bir nəfər müsabiqənin qalibi olub.
Bildirilib ki, qaliblər Almaniyanın paytaxtı Berlində təşkil olunacaq film festivalında iştirak etmək hüququ əldə ediblər. Qaliblər dörd gün film festivalında iştirak edə biləcəklər. Bütün xərclər Aİ-nin Bakı nümayəndəliyi tərəfindən qarşılanacaq.