Gürcüstan 2018-ci ilin yanvar-noyabr aylarında 1,28 milyard kilovat-saatdan çox elektrik enerjisi idxal edib.
YeniAvropa xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru” (ESCO) məlumat yayıb.
Qurumun məlumatında deyilir ki, 11 ayda Gürcüstan ən çox elektrik enerjisini Azərbaycandan idxal edib - 1 milyard kilovat-saat.
Qonşu ölkə hesabat dövründə Rusiyadan 203 milyon kilovat-saat, Türkiyədən 64,3 milyon kilovat-saat, Ermənistandan isə 7,8 milyon kilovat-saat elektrik enerjisi idxal edib.
Gürcüstanın təkcə noyabr ayında idxal etdiyi elektrik enerjisinin 98 faizdən çoxu (215,5 milyon kilovat-saat) Azərbaycanın payına düşüb.
Noyabr ayında Gürcüstan 219 milyon kilovat-saat elektrik enerjisi idxal edib.