Bakıda Beynəlxalq Marketinq Sammiti keçirilib
Dekabrın 22-də Bakıda Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş "Əsrə Bərabər Gün" adlı "Marketinq Sammiti 2018" keçirilib.
YeniAvropa xəbər verir ki, layihənin təşkilatçısı Azərbaycanda marketinq, marketinq kommunikasiyaları, bazar araşdırmaları kimi xidmətlər təqdim edən "Communical" şirkətidir.
Sammitdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib ki, bugünkü tədbirdə aparılan müzakirələr, fikir mübadiləsi zamanı yeni ideyalar yaranacaq və bu da növbəti illərdə marketinq sahəsində yeni trendlərin yaranmasına dəstək olacaq. Azərbaycanda Marketinq Sammitinin ikinci dəfə keçirilməsi təqdirəlayiqdir.
"Communical" şirkətinin rəhbəri Tural Abbaslı sammitin biznesin inkişafına istiqamətlənmiş qlobal tədbir olacağını vurğulayıb və qeyd edib ki, builki sammit regionun 3 dost ölkəsini Azərbaycanda cəmləşdirir. Sammit qarşıdakı illərdə Azərbaycanın biznes mühitində markalanma, brend siyasəti, marketinq kommunikasiyaları istiqamətində yerli sahibkarlarımızla sinerji effektinə nail olaraq milli iqtisadiyyatımızın inkişafına töhfə verəcək.
Tədbir zamanı Azərbaycan, Gürcüstan və Türkiyədən olan spikerlər destinasiya marketinqi, elektron ticarət, logistika, dijital marketinq və brendinq kimi vacib mövzularla bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Xəzəryanı və MDB ölkələri, Avropa və Azərbaycan, türkdilli ölkələrin marketinq sammitinin keçirilməsi cari ilin mart ayında təşkilat komitəsinin iclası əsasında təsdiq edilib və sammitin strateji fəaliyyət istiqaməti kimi qəbul olunub.
Ərdoğan Braziliyada "G20" Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib
Gürcüstanda hakim partiya parlamentdəki 150 yerdən 89-nu qazanıb
Statistika Komitəs: Azərbaycanda ÜDM 4,9 % artıb
"COP29"un prezidenti Azərbaycan Milli QHT Forumunun pavilyonunda olub
Azərbaycan Bolqarıstanın regionda əsas strateji tərəfdaşıdır-Rumen Radev
Azərbaycan-İsveç matçını polşalı hakimlər idarə edəcək
Bakıda Tolerantlıq Evi açılıb
Lənkəranda "Yaşıl Dünya Naminə Ekofestival" keçirilib
Bakıda Kosmik Liderlərin Sammiti keçirilir
Füzulidə 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək
Səfərbərlik Xidmətinin 12 əməkdaşı korrupsiya görə cəzalandırılıb
Avropa çempionatı:Bu gün daha 6 cüdoçumuz tatamiyə çıxır
ABŞ Rusiya müharibəsi başlayandan bəri Ukraynaya 183 milyard $ ayırıb
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb