Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Aqrar Ticarət Şirkətinin təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkası dekabrın 21-də Bakıda Nizami küçəsi 154 ünvanında fəaliyyətə başlayıb.
YeniAvropa xəbər verir ki, yarmarkanın keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda, süni qiymət artımının qarşısının alınmasıdır.
Xatırladaq ki, dekabrın 30-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil olunacağı yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və digər məhsullar ala bilərlər.